İranın Xarici İşlər naziri Azərbaycana gəlir

Əli Əkbər Salehi

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Azərbaycana səfər edəcək.

Bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib. Bu barədə FARS agentliyi xəbər verir.

Gələn həftə Salehi bir sıra ölkələrə, o cümlədən Belarus, Tacikistan və Azərbaycana səfər edəcəyi planlaşdırılır. /Trend/