London polisi 4 ay idi davam edən aksiyanı dağıtdı

London polisi fevralın 28-də anti-kapitalist etirazçıların çadır düşərgəsini dağıdıb.

Təxminən 20 nəfər saxlanıb.

Polis bildirib ki, öz missiyasını güc tətbiq etmədən həyata keçirə bilib.

Etirazçılar 4 ay idi ki, St. Paul kilsəsinin ətrafında qalırdılar.

Onlar Amerikadakı “Occupy Wall Street” Hərəkatı ilə həmrəylik nümayiş etdirirdilər.

Sözügedən hərəkat “sosial bərabərsizliyə və böyük maliyyə şirkətlərinin acgözlüyünə qarşı” çıxır.