İranda edam olunanların sayı 2 dəfə artıb

Foto: Arxiv

Ötən il İranda ölüm hökmünə məhkum edilənlərin sayı 2010-cu illə müqayisədə 2 dəfə artıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı olan «Amnesty International»ın yeni hesabatında belə deyilir.

Ötən il İranda edam olunanların sayı 600 nəfərə çatıb, 2010-cu ildə bu rəqəm 253 idi.

Amma «Amnesty International»da düşünürlər ki, ölüm hökmü ilə cəzalandırılanların real sayı daha çoxdur.