Putinə qarşı sui-qəsdin üstü açılıb

Rusiyanın və Ukraynanın təhlükəsizlik xidmətləri bildirirlər ki, Vladimir Putinə sui-qəsdin qabağını alıblar. 

Sui-qəsd martın 4-dəki prezident seçkilərindən sonra baş verməli idi.
Rusiyanın 1-ci Kanalı sui-qəsdi planlaşdıranlardan ikisini nümayiş etdirib. 
 
Videoda sui-qəsddə ittiham edilən iddia edirlər ki, Putinin öldürülməsi əmrini çeçen yaraqlılarının lideri  Doku Umarovdan alıblar. 

Doku Umarovu  2010-cu ilin martında Moskva metrosunda və    2011-ci ilin yanvarında Domodedovo hava limanındakı partlayışlarda ittiham edirlər.