Alma-Atıda 28 aksiyaçı saxlanıb

Qazaxıstanın Alma-Atı şəhərində keçirilmiş icazəsiz mitinqdə 28 adam saxlanıb.

İnterfaks agentliyi 10 nəfərin artıq buraxıldığını xəbər verir.

Aksiyada 300-ə yaxın adam iştirak edib.

Aksiyaçılar siyasi məhbusların azad edilməsi və bu yaxınlarda Janaozen şəhərində etiraz aksiyası dağıdılarkən 16 nəfərin ölümünə görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb edilməsini tələb ediblər.