Özbəkistan Türkiyə seriallarını qadağan edir


Özbəkistanın dövlət televiziyası hakimiyyət tərəfindən “namünasib” hesab edildiyi üçün Türkiyə seriallarının yayımını dayandırıb.

Televiziyaya yaxın məbnələrdən AzadlıqRadiosunun özbək xidmətinə deyiblər ki, bu serialların bəzilərində obrazların üsyankarlığı, bəzi səhnələrin milli mentalitetə uyğun olmaması bəyənilməyib.

Ölkədəki başqa televiziyalar da əvvəlcədən heç bir məlumat vermədən Türkiyə seriallarının yayımını kəsiblər.