Al Shabaab qruplaşmasının 3 üzvü öldürülüb

Bu gün Somalinin cənubuna endirilmiş hava zərbəsi nəticəsində “Əl-Qaidə” ilə əlaqəli olan Al Shabaab qruplaşmasının 3 əcnəbi üzvü öldürülüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlardan biri Keniyadan olan səhra komandiridir. Hazırda Somalinin cənubunda hökumət qoşunları nəzarət edir.