Bradley Manning məhkəmədə ifadə verməyə başlayır

Vaşinqton yaxınlığında 24 yaşlı Bradley Manning hərbi məhkəmədə ifadə verməyə başlayır.
O, 22 maddə ilə, o cümlədən düşmənə kömək maddəsi ilə ittiham olunur.

Manning Wikileaks saytına ABŞ-ın 700 min hərbi sənədini ötürməyə görə, ömürlük həbs cəzası ala bilər.

Tərəfdarıarı Manningi siyasi məhbus hesab edir.