AzTV-nin rəsmi saytına haker hücumu olub

Fevralın 22-si axşam «Azərbaycan Televiziyası», «İdman Azərbaycan» və «Mədəniyyət TV»nin saytları haker hücumuna məruz qalıb.

Hücumu «İranın kiber ordusu» adlandıran haker qrupu həyata keçirib.

Hazırda «Azərbaycan Televiziyası» və «Mədəniyyət TV» saytlarının işi bərpa olunub. «İdman Azərbaycan» saytının normal işinin bərpası istiqamətində isə iş davam etdirilir. /apa/