Türkiyədə 2 məktəbli qız öldürülüb

Türkiyənin cənubundakı ucqar Osmaniyyə vilayətində 23 yaşlı gənc məktəb avtobusunu saxladaraq odlu silahla 2 yeniyetmə qızı öldürüb. Daha bir qızı isə yaralayıb.

Öldürülən 16 yaşlı qızlardan biri qatilin sevgi təklifini rədd edibmiş.

23 yaşlı Sinan Yaman hadisə yerindən qaçıb və hazırda axtarışdadır.