Əfqanıstanda 3 gürcü hərbçi həlak olub

Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrində xidmət edən 3 gürcü hərbçi həlak olub.

Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, onlar Hilmand əyalətində talibançılara qarşı keçirilən əməliyyat zamanı öldürülüb.

Əfqanıstanda indiyə qədər 15 Gürcüstan hərbçisi həlak olub.