Nəsimi və Nərimanov rayonlarında su olmayacaq

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Məlumatı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti yayıb.

Məhdudiyyət Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə bağlıdır.