Azərbaycan ordusu təmas xəttində təlimlərə başlayıb

Foto: Arxiv

Azərbaycan Ordusu erməni qoşunları ilə təmas xəttinə yaxın ərazilərdə növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Müdafiə naziri Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacaq.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.