Pakistanın Paraşinar şəhərində ölü sayı 33-ə çatıb

Dünən Pakistanın Paraşinar şəhərində törədilmiş partlayışda ölənlərin sayı 33 nəfərə çatıb.

Bundan əvvəlki məlumatlarda 23 nəfərin öldüyü, 67 adamınsa yaralandığı bildirilirdi.

Şəhər rəhbərliyinin nümayəndəsi Vajid Ali daha 9 yaralının xəstəxanada keçindiyini deyir.

Partlayışı əsasən şiələrin yaşadığı məhəllədəki kur bazarda motosiklda olan intiharçı törədib.

Partlayışa görə cavabdehliyi Taliban üzərinə götürüb.