Azərbaycanın "qonşusu" Hiddink

Guus Hiddink

Hollandiyalı baş məşqçi Guus Hiddink'in, Rusiyanın “Anji Mahaçqala” komandasıyla razılaşdığı bildirildi.

Dünya mətbuatında yer alan xəbərlərdə qeyd edilir ki, Hiddink “Anji Mahaçqala” ilə 18 aylıq razılığa gəlib.

Bir dövr Türkiyə millisini çalışdıran Hiddink'in “Anji”yə Türkiyədəki hazırlıq düşərgəsi əsnasında qatılacağı qeyd edilir.