Prokuror: «Azərbaycanda yazı yaza bilməyən bələdiyyə sədrləri var»

Baş Prokurorluq

«Azərbaycanda bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyil. Bələdiyyə üzvlərinin özlərinin hüquqları barədə məhdud məlumatları var. Hətta onlara gəlir mənbələrini sadaladıqda bunu təəccüblə qarşılayırlar. Hətta Azərbaycanda adi yazı yaza bilməyən bələdiyyə sədrləri var. Şəxsən özüm bununla rastlaşmışam».

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev ictimai dinləmədə çıxışında bildirib.

P.Quliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «qaynar xətt»inə daxil olan müraciətlərin böyük hissəsinin bələdiyyələr və yerli icra hakimiyyətləri ilə bağlı olduğunu deyib. /apa/