MTN-nin əməliyyatı, Misir Mərdanovun narahatlığı...

Foto: Arxiv

«Bizim yol» qəzeti yazır ki, MTN irimiqyaslı əməliyyat keçirib. İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq Azərbaycana narkotik vasitələr daşıyan şəxsləri ifşa edib.

«Yeni Azərbaycan» qəzeti bildirir ki, Moskvada Qəbələ RLS-in taleyi barədə Rusiya-Azərbaycan danışıqları olub. Tərəflər RLS-in statusu və fəaliyyətinə dair 2002-ci ildə imzalanmış sazişin müddətinin uzadılmasını müzakirə ediblər.

«Azadlıq» qəzeti yazır ki, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı Sumqayıt Dövlət Universitetinə bərpa olunub. O, təhsilini 2-ci kursdan davam etdirəcək.

«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalayıb.

«Yeni Müsavat» qəzetinin yazdığına görə, Təhsil naziri Misir Mərdanov repetitor məsələsindən narahat olduğunu bildirib:

«Uşaqlar ali məktəbə qəbul olunmaq üçün il ərzində o qədər çətinliyə salınırlar ki, ya ömürlük ya da müvəqqəti xəstə olurlar…».