Üsyankar teatrdan Putin haqda satirik tamaşa (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Üsyankar teatrdan Putin haqda satirik tamaşa

Rusiyanın müstəqil teatr truppası olan “ТЕАТР.DOC” yeni tamaşa hazırlayıb: “BerlusPutin”...

Fevralın 14-də Moskvada tamaşanın premyerası olub.

Rusiyanın avtoritar baş naziri, yenidən prezident seçilməyə çalışan Vladimir Putin tamaşanın əsas satira hədəfidir.

Tamaşa Nobel mükafatlı italyan dramaturqu Dario Fo-nun “İkibaşlı anomaliya” əsərinin rus adaptasiyasıdır.

Rejissor Varvara Faerdir.

İtaliyanın istefaya göndərilmiş baş naziri Silvio Berluskoni Moskvaya - köhnə dostu Volodyagilə qonaq gəlir.

Gəlir ki, vəzifədən götürülməsinin dərdini dostu ilə bölüşsün.

Amma bu zaman terror aktı baş verir.

Məqsəd Putini öldürmək olur, amma qətlə yetirilən Berluskoni olur, Putin başından ağır yaralanır.

Neyrocərrahlar Putinin həyatını xilas etmək üçün ona Berluskoninin beyninin sağ yarımkürəsini köçürürlər.

Özünə gələn hibrid - Berlusputin heç nə xatırlamır.

Kimliyini ona arvadı başa salmağa çalışır...

Dario Fo indiyəcən commedia dell’arte, siyasi satira, qrotesk, buffonada janrrlarında 50-dən çox səhnə əsərinin müəllifidir.

2002-ci ildə yaradılmış ТЕАТР.DOC – sənədli pyeslər teatrdır, Qeyri-hökumət, qeyri-kommersiya, kollektiv layihədir. Bir çox tamaşalar könüllülər tərəfindən hazırlanır.