Göyçayda torpaq sürüşməsi baş verib

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə sürüşmə fevralın 14-ü axşam saatlarında rayon mərkəzinin 3 kilometrliyindəki dağlıq ərazidə baş verib.

Nəticədə, ərazidən keçən Ərəb arxı kəsilib, diametri 1200 mm olan yüksək təzyiqli qaz kəməri zədələndiyi üçün sızma baş verib.