Ər-arvad dəm qazından boğularaq ölüb

Bakıda qeyri-rəsmi nikahda yaşayan ər-arvad dəm qazından boğulub.

Bu barədə «APA»ya Suraxanı rayon Prokurorluğundan bildirilib.

Hadisə fevralın 14-ü gecə rayonun A.Rzayev küçəsi 279 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 31 yaşlı Rustam Yumanqulov və 52 yaşlı Natalya Aydarova dəm qazından boğularaq ölüblər.

Araşdırma aparılır.