İsrail Qəzzəni bombalayıb

İsrailin hərbi hava qüvvələri şənbə günü yenidən Qəzzə bölməsini bombalayıb.

Yerli xəstəxanadan verilən məlumata görə, nəticədə 1 dinc sakin ölüb, oğlu isə yaralanıb.

Raketlərdən biri onların getdiyi maşına dəyib.

İsrail komandanlığı əməliyyatın şənbə günü Qəzzədən İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq aparıldığını deyir.