Əfqanıstanın Uruzqan əyalətində 5 polis öldürülüb

Əfqanıstanın cənubunda fuqasın partlaması nəticəsində 5 polis ölüb.

Bu barədə Uruzqan əyalətinin qubernator müavini Haji Khubirahim məlumat verir.

O hadisənin Çanartu rayonunda baş verdiyini, həmçinin 1 dinc sakinin yaralandığını deyir.