Bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Foto arxiv

2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçiriləcək.

Apasport.az saytının xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanda işgüzar səfərdə olan Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidger məlumat verib.

Bu, bədii gimnastika üzrə Azərbaycanda keçiriləcək 3-cü Avropa çempionatı olacaq.

Bundan əvvəlki çempionatlar Bakıda 2007 və 2009-cu illərdə keçirilib.