Bakıdan Dubaya uçuşlar ucuzlaşdı

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Dubay-Bakı marşrutu üzrə aviabiletin qiymətini endirib.

AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sözügedən marşrut üzrə biletin minimal qiyməti təxminən 20-30 manat endirilib və hazırda 160 avro təşkil edir.

AZAL Bakıdan Dubaya uçuşları həftənin hər günü yerinə yetirir.