YAHOO-da niqaba aid səsvermə keçiriləcək

Hakimiyyət 150 qadının üzünü açdırmaq istəyir

Yeni Zelandiya hakimiyyəti niqabı qadağan etmək istəyir. Hökumət üzvləri bu məsələ ilə bağlı ictimai rəyi öyrənmək niyyətindədirlər.

Bu məsələ nə vaxtdır yeri ictimaiyyət tərəfindən ciddi müzakirə olunur. Qadağanın tətbiqi ilə bağlı ictimaiyyətin rəyini öyrənmək, məsələni obyektiv qiymətləndirmək üçün hökumət YAHOO saytında səsvermə keçirməyi planlaşdırır.

Niqab yasağı bu yaxınlarda Yeni Zelandiyada keçirilən Müsəlman Qadınlarının Forumunda da müzakirəyə çıxarılmışdı. Xanımlar hökumətə müraciət edərək onların hüquqlarına hörmətlə yanaşılmasını istəmişdilər.

Yerli qəzetlər isə Böyük Britaniyadan olan müsəlman alimi Muhammad Tahir ul-Qadrinin yeni zelandiyalı müsəlman qadınlara müraciətini dərc edib. O, xanımları üzlərini açmağa, vəziyyəti gərginləşdirməməyə çağırır:

“Quranda deyilmir ki, qadın üzünü bağlamalıdır. Adətən müsəlman qadınlar o cəmiyyətdə üzlərini örtürlər ki, orada özlərini təhlükəsiz hiss etmirlər, təhqir olunurlar. Amma Yeni Zelandiyada vəziyyət belə deyil”.

Hazırda Yeni Zelandiyada 45 min müsəlman yaşayır. Onlardan yalnız 150-si niqab taxır. Son illər ölkədəki müsəlmanların sayı Pakistan, Albaniya, Kosovodan olan mühacirlərin hesabına artıb. Artıq yerli əhalidən də İsama üz tutanları olur.