Nokia istehsalını Asiyaya çəkir

Dünyanın aparıcı mobil telefon istehsalçısı Nokia 4 min işçisini ixtisar edəcək.

Bunlardan 2300 nəfəri Nokianın Macarıstandakı, 700-ü Meksikadakı, 1000-i isə Finlyandiyadakı zavodlarında ixtisar olunacaq.

Nokia öz bəyanatında bildirir ki, istehsalını Asiyaya çəkir ki, bazarlara yaxın olsun.

Hazırda mobil telefon bazarında Nokianın payı təxminən 25 faizdir.