Polis şöbəsində ölüm

Ağsu rayon polis şöbəsində ölüm faktı qeydə alınıb. APA-nın məlumatına görə, şöbə rəisi polis polkovnik-leytenantı Bahadur Şükürovun köməkçisi, polis serjantı 1981-ci il təvəllüdlü Səbuhi Qədirov iş otağında vəfat edib.

Rayon Polis şöbəsindən verilən məlumata görə, Səbuhi Qədirov ürəktutması səbəbindən vəfat edib. Qədirovun iki uşağı olub.