Rumıniyanın baş naziri istefa verib

Rumıniyanın baş naziri Emil Boc istefa verib. O “ölkədəki sosial və siyasi gərginliyi azaltmaq üçün” istefa verdiyin bildirib.

Yanvarın sonlarında Rumıniyada hökumət əleyhinə nümayişlər keçirilmişdi. Aksiyaçılar prezident və baş nazirin istefasını tələb etmişdi. Onlar ölkədəki iqtisadi böhranın yaratdığı çətinliklərə etiraz edirdilər.