Pakistanda Azərbaycandan olan əl qaidəçi öldürülüb

Khurram

Pakistanın Reşavər bölgəsində əl Qaidəçilərə qarşı keçirilmiş əməliyyat zamanı öldürülən 6 yaraqlıdan birinin Azərbaycanlı olduğu bildirilir.

Bu barədə Pakistanın “Kurram” agentliyi xəbər verir.

Agentlik onun üzərində şəkli olan şəxsiyyət vəsiqəsinin əksini də yayıb.

Azərbaycan vətəndaşı olan Zaur Aslanovun silahlı qruplardan birinin komandiri olduğu bildirilir.

O, 1981-ci il sentyabrın 25-də Sumqayıt şəhərində anadan olub.