Panasonic 10 milyard 200 milyon dollar ziyandadır

Yaponiyanın Panasonic şirkəti bildirib ki, mart ayında başa çatan maliyyə ilini 10 milyard 200 milyon dollar ziyanla başa vuracaq.

Bu, Panasonic tarixində ən pis il olacaq.
Yaponiya tarixində hələ heç bir qeyri-maliyyə şirkəti bu qədər ziyan etməyib.

Panasonic bildirir ki, belə böyük itkiyə səbəb satışın zəif olması, Sanyo şirkətinin alınmasına çəkilən xərclər və dünyada iqtisadi vəziyyətin pisləşməsidir.