ABŞ-da işsizlik son 2 ildə ən aşağı həddə düşüb

ABŞ-da işsizlik son iki ildə ən aşağı həddə - 8,3 faizə düşüb.

Əmək Nazirliyi bildirib ki, yanvar ayında 243 min yeni iş yeri yaradılıb.

İqtisadçıların proqnozu 150 min idi.

Əmək Nazirliyi bildirir ki, məşğulluğun artması özəl sektor, peşəkar və biznes xidmətləri, sənaye sahələri hesabına olub.