Qazaxıstan 19450 ton uran istehsal edib

Dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan keçən il 19450 ton uran istehsal edib.

Bu, əvvəlki illə müqayisədə 9 faiz artımdır.

Qazaxıstan uranı ən çox Çinə, Cənubi Koreyaya, Hindistana və Yaponiyaya satır.