Saakaşvili bəzi islahatlarda güzəştə getdiyinə təəssüflənir

ABŞ-ın Corctaun universitetində çıxış edən Gürcüstan prezidenti Saakaşvili deyib ki, öz prezidentliyi dövründə bəzi islahatlarda kompromissə getdiyinə təəssüf edir.

O deyib ki, xırda dini qruplar haqda qanunun prezidentliyinin ilk ilində qəbul olunmamasına təəssüf edir.

2011-ci ildə qəbul olunan belə qanun 5 xırda dini qrupa, o cümlədən erməni kilsəsinə yüksək qanuni status verir.

Vaşinqton səfəri zamanı Saakaşvili ABŞ prezidenti Barack Obama, Dövlət Katibi Hillari Clinton və eləcə də Dünya Bankı rəhbərliyi ilə görüşlər keçirib.