İran kosmosa öz peykini buraxıb

İran bildirib ki, öz peykini kosmosa buraxıb.
Peykin çəkisi 50 kq-dır və xırda peyk hesab olunur.
Peyk İranın özündə düzəlib.

“Navid” adlanan peykin orbitinin Yerdən ən yaxın məsafəsi 250 km, ən uzaq məsafəsi 370 km-dir.

Onun vəzifəsi Yerdəki təbii fəlakətləri izləməkdir.

Bu, İranın üçüncü peykidir.

ABŞ və İsrail İranın kosmik proqramından narahatdırlar.
Onların fikrincə, İranın kosmik proqramı nüvə başlıqlı ballistik raket düzəltməyə yönələ bilər.