Binəqədinin bir hissəsi işıqsız qalıb

Foto arxiv

Binəqədi qəsəbəsinin Gülüstan massivi işıqsız qalıb.

APA agentliyinin sakinlərə istinadla verdiyi məlumata görə, səhər saat 8-dən ərazinin elektrik enerjisi ilə təminatı dayandırılıb.

Bakıelektrikşəbəkə ASC-nin məlumatına görə, buna səbəb elektrik naqillərində baş verən qısaqapanma olub və qəzanın aradan qaldırılması istiqamətində iş gedir.