NATO Əfqanıstan qüvvələrinin ölkəyə nəzarət edə biləcəyinə ümidlə yanaşır

NATO-nun baş katibi Anders Foght Rasmussen Əfqanıstan qüvvələrinin 2013-cü ilədək ölkəni tam nəzarətə götürə biləcəklərinə ümidlə yanaşır.

O bunu cümə axşamı NATO ölkələri medafiə nazirlərinin Brüsseldə keçirilən iclasında bildirib.

Rasmussen həmçinin Əfqanıstandakı beynəlxalq hərbi missiyanın 2014-cü ildən tez başa çatdırılmasıyla bağlı məlumatları təkzib edib.