Həbsdəki insan haqları fəalı azadlığıa buraxılır

Qazaxıstanda həbsdə olan insan haqları fəalı Yevgeny Zhovtis amnistiyaya düşüb. Zhovtis 2009-cu ildə həbs edilmişdi və 4 illik cəzanın yarısını çəkdiyi üçün 15 gün içində buraxılacaq. O yol qəzasında piyadanın ölümündə günahkar bilinmişdi.
İnsan haqları fəalları və beynəlxalq qurumlar onn həbsini siyasi sifariş saylar da, hüquq müdafiəçisi saxlandığı cəzaçəkmə yerində də ictimai qaydanı pozamağa görə dəfələrlə cəzalandırılıb.