Samuxda kompyuterlə idarə olunan istixana tikilir

Müasir texnologiyalı istixananın dəyəri 2.5 milyon manatdır.

Bu barədə Samux rayon İcra Hakimiyyətindən məlumat veriblər.

İstixananı İsraildən gələn mütəxəssislər tikir.

Rayonun Alakol kəndi ərazisində 2 hektar ərazidə tikilən istixanada artıq son tamamlanma işləri aparılır.

Lizinq yolu ilə 2.5 milyon manata başa gələn istixanada bitkilərə qulluq kompyuter vasitəsilə həyata keçiriləcək.