Blokdan kişi meyiti tapılıb

Yanvarın 31-də Bakda binanın blokunda kişi meyiti tapılıb. Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Bülbül prospekti 5 ünvanlı binanın blokunun iç tərəfində, pilləkənlərin yanında 30-35 yaşlı kişi meyit tapılıb. Meyit ekspertizaya aparılıb.

Məlumatda bildirilir ki, ölən şəxsin tüfeyli həyat tərzi keçirən insan olduğu və donvurmadan öldüyü ehtimal edilir.

Faktla əlaqədar araşdırma aparılır.