Aralıq dənizində 1500 qaçqın batıb

Aralıq dənizində qanunsuz miqrantlar

2011-ci ildə Aralıq dənizində Afrika ölkələrindən Avropaya qaçmaq istəyən 1500-ə yaxın qaçqın batıb.

Bu son 5 il ərzində rekord hesab olunur.

Bu barədə BMT-nin qaçqınlar üzrə idarəsinin yaydığı hesabatda bildirilir.

2011-ci ildə Avropaya şimali Afrikadan 58 min qaçqın gəlib ki, bu da rekorddur.