Bazar günü Suriyada daha 21 adam öldürülüb

Bazar günü Suriyada baş verən toqquşmalarda 5 mülki sakin və 16 əsgər ölüb.

Suriyalı hüquq müdafiəçiləri ölkənin şimal-qərbindəki Kansafra şəhərində hərbi maşın karvanına hücum edildiyini xəbər verirlər.

Mülki sakinlər isə Dəməşq ətrafında hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən toqquşma zamanı ölüb.