Misirdə parlamentin yuxarı palatasına seçkilər başlayıb

Misirdə parlamentin yuxarı palatası-şuraya seçkilər başlayıb.

Şura əsasən məsləhətci funksiyasını yerinə yetirir.

Yuxarı palataya seçki 2 mərhələdə keçirilir.

Bazar və bazar ertəsi keçiriləcək birinci mərhələ Qahirə və İsgəndəriyyə şəhərləri də daxil olmaqla 13 əyaləti əhatə edir.

Fevralın 13-14-də isə qalan 14 əyalətdə seçki keçiriləcək.

Şuradakı 180 deputatın 2/3-si partoya siyahılarından, qalanları isə birbaşa seçkiylə müəyyən olacaq.

Bundan əvvəl aşağı palataya keçirilən seçkilərdə islamçı “Müsəlman qardaşları” hərəkatının siyasi qanadı olan “Azadlıq və Ədalət” partiyası qalib gəlib.