Həftənin şəkilləri: 21-27 yanvar 2012

Rusiyada Kemerovo şəhərində gənc idmançılardan birinə cüdo fəndi öyrədən Baş nazir Vladimir Putin. (AFP)

Suriya prezidenti Bashar al-Assad və Rusiyanın Baş naziri Vladimir Putinin maskasını geyinən etiraz aksiyası iştirakçıları BMT-nin binası qarşısında. (AFP/Timothy A. Clary)

İslamabadda kənarda oynayan yaşıdlarına baxan balaca. (REUTERS/Faisal Mahmood)

Moskvada saxlama məntəqəsində Özbəkistanlı qanunsuz miqrant çirkli pəncərədən baxır. Baş nazir Vladimir Putin qanunsuz miqrasiyaya qarşı qanunları sərtləşdirəcəyini deyib. (AFP/Andrey Smirnov)

Ukraynanın Odessa şəhərində 1838-ci ildə tikilmiş kilsəsi yanarkən. Kilsənin binsı tam yanıb dağılıb. (REUTERS)

Sevastapola gələn ABŞ-ın sürətli döyüş gəmisi anti-Nato fəallarının etirazı ilə qarşılanır. (REUTERS)

Pakistanın gömrük xidməti əməkdaşı Kəraçi yaxınlığında yandırılan narkotik maddələrin yanında likör butulkalarını da sındırır. (REUTERS/Akhtar Soomro)

Norveçin Tromsoe şəhərində şimal qütb parıltısı. (REUTERS/Rune Stoltz Bertinussen)

Sankt-Peterburqda bu şəhərin mühasirədən çıxmasının 69-cu ildönümü qeyd edilərkən küçə şənliklərində qarabaşaq yeyən qoca qarı. Rusiyada hər il yanvarın 27-i Leninqradın mühasirədən çıxması günü

Qırğızıstan həbsxanalarında saxlanma şəraitinin ağır olmasına etiraz edərək aclıq aksiyası keçirib həm də ağızlarını tikən 1000 nəfər məhbusdan biri. (COURTESY PHOTO)

Misirin paytaxtı Qahirədə parlamentin binası qarşısında Müsəlman Qardaşlığı təşkilatının fəalları seçkidə qələbələriniq eyd edirlər. Keçən ilin fevralında Hosni Mubarakin istefasından sonra keçirilən ilk seçkidə bu qrup da

Xorvatiyanın Avropa Birliyinə qoşulmasına dair səsəvermədən dərhal sonra bu birliyə daxil olmağın əleydarlarından birinin reaksiyası. (REUTERS/Davor Kovacevic)

Pakistanda Kəraçi yaxınlığında timsahlara qulluq edən baxıcı. (REUTERS/Athar Hussain)

Suriyanın Homs şəhərində küçədə dağıdılmış tankın yanında dayanan uşaq. (REUTERS/Ahmed Jadallah)