Bağdadda baş verən partlayışda 29 adam ölüb


Bu gün Bağdadda baş verən partlayış nəticəsində 29 adam ölüb, 50-dən çox adam yaralanıb.

Partlayışı intiharçı Bağdad ətrafında, bazara yaxın yerdə törədib.

ABŞ qoşunları İraqdan çıxandan sonra ölkədə sünni və şiələr arasındakı qarşıdurmalar və partlayışların sayı artıb.