Marilyn Monroe-nun oxşarı Türkiyədə (FOTO)

Suzie Kennedy

Ölümündən az qala yarım əsr keçsə də, Hollivud ulduzu Marilyn Monroe unudulmur.
Onun filmləri, həyatı, təbəssümü, pozları zaman-zaman xatırlanır.

Ona bənzəyən aktrisalar hər zaman gündəmdə olur.

Suzie Kennedy də həmin oxşarlardan biridir.

Onu dünyada ən bacarıqlı Marilyn Monroe dublyoru sayırlar.

Ötən həftə Suzie Kennedy Türkiyəyə gəlib.

Aktrisa Yapı Kredi World-un 20 illiyi münasibətilə keçirilən tədbirlərə qatılıb və “46” dərgisi üçün Türkiyənin tanınmış fotoqrafı Mehmet Turquta özəl pozlar verib.

Mehmet Turqut aktrisanı Merilin Monronun vaxtilə prezident Con Kennedi üçün söylədiyi “Happy Birthday Mr. President” mahnısındakı kimi çəkməyə çalışıb.
Mehmet Turgut aktrisadan çox təsirlənib və hətta çəkilişdən sonra “məncə Marilyn Monroe Suzie Kennedy-nin bədənində geri dönüb”—deyib.

Mehmet Turqut son illər önə çıxan fotoqraflardandır. Türk mediası onu “qayda tanımayan bacarıqlı sənətçi” adlandırır.

O, bir çox yerli və xarici ulduzların yer aldığı layihələrə qatılıb.

Mehmet Turqut həm də heyvan haqlarının müdafiəçisidir. Onun son sərgisi "5199-Heyvanlar Sərgisi” olub.