İslam Partiyasının sədr müavininə hökm oxundu

Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi İslam Partiyasının sədr müavini Arif Qəniyevi 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Xəbəri AzadlıqRadiosuna vəkil Anar Qasımov verib.

Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.1-ci (qanunsuz narkotik maddə saxlama) maddələri ilə ittiham olunub.

Arif Qəniyev istəmədiyi üçün vəkil apellyasiya şikayəti verməyəcək.

Bununla 2011-ci ildən bəri məhkum olunan islamçıların sayı 23-ə çatıb.