Əfqanıstandakı atışmada qadın və azyaşlı öldürülüb

Əfqanıstanın Kapis əyalətində açılan minomyot atəşi nəticəsində qadın və azyaşlı qız ölüb, 6 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə dünən Alasay rayonunda talibançılarla əfqan hərbçilər arasında baş verən atışmada olub.

Prezident Hamid Karzai baş verənləri pisləyib.