Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə «APA»ya hərbi mənbələrdən məlumat verilib.

Fevralın 7-dən 9-dək davam edəcək səfər N.Özəlin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir.

N.Özəl Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı qismində ötən ilin yanvarında Azərbaycanda səfərdə olub.