Qazaxıstanda 3 polis cinayət məsuliyyətə cəlb olunub

Janozen şəhərində aksiyaçılara qarşı zorakılıq etmiş 3 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Bu haqda Qazaxıstanın baş prokuroru Ashkat Daulbaev məlumat verib.

Baş prokuror 3 müxalif siyasətçiyə - qeydə alınmamış “Alga” partiyasının rəhbəri Vladimir Kozlova, “Vzqlyad” qəzetinin redaktoru İqor Vinyavskiyə və prezidentliyə keçmiş namizəd Şerik Saparqala qarşı cinayət işi qaldırıldığını da bildirib. Onlar dekabrın 23-də həbs olunublar və qarışıqlıq yaratmaqda ittiham olunurlar.

Beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini pisləyib.

Keçən ilin dekabrında Janozen şəhərində əmək haqlarını tələb edən neftçilərlə polis arasındakı qarşıdurmada 16 nəfər ölmüşdü.