Somalidə girov götürülmüş iki əcnəbi azad olunub

Keçən ilin oktyabrından Somali yaraqlılarının girov götürdüyü iki əcnəbi azad olunub.

Onlar ABŞ xüsusi təyinatlılarının hərbi helikopterlər vasitəsilə keçirdiyi əməliyyat nəticəsində azad olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, əməliyyatda bir neçə yaraqlı öldürülüb. Girov götürülənlər xəsarət almayıb.